Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
Belə ki, Vahid Məmmədovun idarə etdiyi “Opel Frontera” markalı avtomobil əks istiqamətdə hərəkətdə olan Ozal Yusifovun idarə etdiyi “Mercedes Benz E” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində V.Məmmədov xəsarət alıb.
Xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Azinformasiya.az