Bakıda ev yanıb

Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü yanıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanar konstruksiyaların 50 m² sahədə, 1 otağın yanar konstruksiyaları və ev əşyalarının 20 m² sahədə yandığı qeyd olunub.

“Yüksək temperaturdan yaxınlıqda olan evin 1 ədəd pəncərə çərçivəsi qismən qarsalanıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə qeyd olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir