Bakıda dava olub, 2 nəfər bıçaqlanıb

Bakının Nizami rayonunda dava zamanı iki nəfər bıçaqlanıb.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Bəhruz Nuriyev küçəsində baş verib.

Bir qrup şəxslə mübahisə edən 1987-ci il təvəllüdlü Ələkbərov Murad Mehdi oğlu və 1975-ci il təvəllüdlü Xəlilov Vüqar Məsim oğlu bıçaq xəsarətləri alıblar.

Xəsarət alanlar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir