Bakıda avtomobil piyadanı vurub.
Azinformasiya.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində MİDA sosial evlərinin yaxınlığında baş verib.
Tuncay Qasımbəylinin idarə etdiyi “Chevrolet Cruze” markalı avtomobil piyada 1967-ci il təvəllüdlü Şakir Müzəffərovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.
Azinformasiya.az