Bakıda avtomobil 65 yaşlı qadını vuraraq öldürüb

Bakıda 65 yaşlı qadını avtomobil vuraraq öldürüb.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində baş verib.

Eldəniz Həsənovun idarə etdiyi “Ford Transit” markalı avtomobil yolu keçən 1959-cu il təvəllüdlü Məryəm Rzayevanı vurub. Qadın aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir