Bakıda 2 avtomobil toqquşub, 1 nəfər xəsarət alıb

Bakının Binəqədi rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektinin köməkçi yolu ilə Azadlıq prospektinin kəsişməsində baş verib.

Əsas yolda hərəkətdə olan “Chevrolet” markalı minik avtomobili ilə “Toyota Prius” markalı nəqliyyat vasitəsi toqquşub. Hadisə zamanı avtomobillərə və yol infrastrukturuna ciddi ziyan dəyib. “Toyota Prius”un sürücüsü xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir