Bakı-Sumqayıt yolunda iki maşın toqquşub, 1 nəfər ölüb

Bakı-Sumqayıt yolunda “KIA” markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Saray qəsəbəsi yaxınlığında qeydə alınıb.

Sürətlə gələn iki avtomobil toqquşub, nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü, 1967-ci il təvəllüdlü Hidayət Cəmil oğlu Mehdizadə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir