Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə Bakı-Quba yolunun 37-ci kilometrində qeydə alınıb.
“Ford Tranzit” markalı avtomobil yolu keçmək istəyən 1957-ci il təvəllüdlü, Osmanov Oruc Məhəmməd oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az