Bərdə rayonunda qətl hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə bu gün saat 5 radələrində Mollaəhmədli kəndinin ərazisində baş verib.
Kənd sakini 1996-cı il təvəllüdlü Cavad Hüseynov münaqişə zəminində Kolayır kənd sakini 2000-ci il təvəllüdlü Elnur Rüstəmovu bıçaqla öldürüb.
C.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Azinformasiya.az