Bəqai: Ukrayna Xəzərdə gəmiyə hücum zamanı İrana vurduğu ziyanı ödəməlidir

Ukrayna Xəzər dənizində gəmiyə hücum zamanı İrana vurduğu ziyanı könüllü şəkildə ödəməlidir. Əks təqdirdə, buna özümüz nail olacağıq.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

İran XİN sözçüsü qeyd edib ki, Ukrayna rəsmilərinin etirafından sonra dəymiş zərər mütləq şəkildə kompensasiya edilməlidir: “Hələ də bildiririk ki, Ukrayna tərəfinin bu hadisənin təsadüfən baş verdiyinə dair iddiaları bizi inandırmadı. Biz onların izahatlarını dinlədik, ancaq Ukrayna tərəfinin bəyanatlarına əsasən, onlar dəymiş ziyanı ödəməyə borcludurlar”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir