Bəqai: İran və Oman arasında Hörmüz boğazı ilə bağlı texniki və siyasi danışıqlar müsbət atmosferdə keçir

“İran və Oman arasında danışıqlar təhlükəsiz gəmiçilik hərəkətinin tənzimlənməsinə yönəlib”.

 

Azinformasiya.az  xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

Hörmüz boğazı ilə bağlı danışıqların davam etdiyini bildirən Bəqai iki sahilyanı ölkə arasında aparılan danışıqların Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkəti üçün giriş və çıxış marşrutlarının müəyyənləşdirilməsinə yönəlib.

Onun sözlərinə əsasən, nəzərdə tutulan marşrutlar həm tərəflərin suveren hüquqlarını, həm də İran və Omanın milli təhlükəsizlik maraqlarını nəzərə almalıdır.

XİN sözçüsü qeyd edib ki, danışıqların həm texniki, həm də siyasi mərhələləri üzrə ümumi atmosfer müsbət qiymətləndirilir.

Bəqai onu da vurğulayıb ki, İran Omanla əməkdaşlıq çərçivəsində bu strateji su yolunda gəmiçilik hərəkətinin gələcək idarə olunması üçün zəruri mexanizmlərin hazırlanmasına çalışır.

XİN rəsmisi, həmçinin qeyd edib ki, danışıqlar yekunlaşdıqdan sonra nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir