Bəqai: ABŞ və KƏŞ-in birgə bəyanatı həqiqətin təhrif edilməsidir

ABŞ və Körfəz Əməkdaşlıq Şurasının birgə bəyanatı həqiqətin təhrif edilməsi və uğursuz təcrübələrin təkrarlanmasıdır.

 

Azinformasiya.az  xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai “X” iyunun 25-də ABŞ və Körfəz Əməkdaşlıq Şurası xarici işlər nazirlərinin yaydığı bəyanata münasibət bildirərkən qeyd edib.

Bəqai bildirib ki, regional kollektiv təhlükəsizlik məsələsində ən çox maraqlı olan ölkə İrandır.

Onun sözlərinə əsasən, “Körfəz Əməkdaşlıq Şurasının bu problemin həllini təhlükəsizliyi ən çox pozan tərəfə sığınmaqda görməsi həm məqsədə ziddir, həm də son acı təcrübələrdən nəticə çıxarılmadığını göstərən məyusedici yanaşmadır”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir