“Azpetrol”un yanacaq daşıyan maşını 85 yaşlı kişini vuraraq öldürüb – YENİLƏNİB

Kürdəmir rayonunda baş verən qəzada ölən şəxsin kimliyi məlum olub.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, qəza zamanı ölən piyada Kürdəmir rayon Axtaçı kənd sakini, 1936-cı il təvəllüdlü Səməndərov Xanqulu Səfqulu oğludur.

10.32

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər ki, hadisə rayonun Dördyol adlanan ərazisində qeydə alınıb.

Beləki, Zəngilan rayon sakini, 1962-ci il təvəllüdlü Dərgah İsa oğlu Ağayev idarə etdiyi “Azpetrol” şirkətinə məxsus iri tutumlu yanacaq daşıyan avtomobillə hərəkətdə olarkən həmin ərazidə yolu keçmək istəyən piyadanı vurub. Sürücü əyləci sistemini işə salsada avtomobilin təkərləri arasında qalan piyadanı bir neçə metr sürüyüb. Nəticədə dünyasını dəyişən piyadanın baş və bədəninin müəyyən hissəsi əzildiyi üçün şəxsiyyətini müəyyən etmək olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir