Azərbaycanın üçrəngli bayrağı tezliklə Dağlıq Qarabağda dalğanalacaq!

Artıq 30 ilə yaxındır ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan işğalçı Ermənistan, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymadan Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı  yeddi rayonunu işğal altında saxlamaqla, eləcə də, sülh danışıqlarının formatını dəyişmək, mütəmadi olaraq hərbi təxribatlar törətmək  və “status-kvo”nu  saxlamaq cəhdləri ilə sülhə olan bütün ümidləri heçə endirmiş və Azərbaycan xalqının səbr kasasını doldurmuşdur.

Sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı başladığı növbəti təcavüz aktına cavab olaraq Sizin komandanlığınız altında Azərbaycanın şanlı tarixini yazan rəşadətli ordumuzun işğal olunmuş qədim tarixi, doğma ərazilərimizdə apardığı əks-hücum əməliyyatlarının fonunda qısa müddətdə əldə etdiyi uğurlu nəticələr hər bir Azərbaycan vətəndaşı kimi məni də çox sevindirir və məndə böyük qürur hissi yaradır.
Bu gün Azərbaycan Ordusu dövlətimizin və müstəqilliyimizin qarantıdır. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordunun inkişafına göstərdiyi qayğı və ordu quruculuğu sahəsində görülən mühüm işlər nəticəsində Azərbaycan Ordusu müasir tələblər səviyyəsindədir. Bu gün hər bir əsgər dövlətin və xalqın dəstəyini hiss edir.
Lakin hər bir Azərbaycan vətəndaşının borcu, ön cəbhənin əsgəri deyilsə, arxa cəbhənin əsgəri olmağı bacarmağından ibarətdir. Müharibədə qələbə son nəticə etibarilə təkcə ön cəbhədəki uğurlu döyüş əməliyyatları ilə deyil, həm də onların həyata keçirilməsini şərtləndirən ölkənin iqtisadi gücü, təsərrüfat sahələrinin qarşılıqlı əlaqələrinin təşkili, cəbhənin müxtəlif təyinatlı tələbatlarının vaxtında təmin edilməsi, döyüşkən ruh, sərt nizam-intizam kimi kompleks amillərlə bağlıdır. Hər şeyin və bütün imkanların cəbhənin tələblərinə tabe edilərək, düşmən üzərində qələbənin təmin olunmasına yönəldilməsi müharibə dövrünün əsas qanunlarından biridir.
Sonda, mən də bir Azərbaycan vətəndaşı, vətənin əsgəri kimi Azərbaycan Ordusu ilə fəxr edir, qürur duyur və tez bir zamanda torpağımızın düşmən işğalından azad ediləcəyinə və ərazi bütövlüyümüzün bərpa olunacağına bütün varlığımla, qəlbimlə inanıram

Cənab Prezident, Sizinlə, ordumuzla fəxr edirik və inanırıq ki, Azərbaycanın üçrəngli bayrağı tezliklə Dağlıq Qarabağda dalğanalacaq.
Tanrı Sizi qorusun.

Rzayev Rövnəq Mirzə oğlu, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) “Fizika və kimya” kafedrasının müdiri, professor, fizika elmləri doktoru, Əməkdar müəllim.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir