Azərbaycanda daha 2 075 nəfər COVID-19-a yoluxub, 32 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 075 yeni yoluxma faktı qeydə alınıb, 2 480 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZİNFORMASİYA.AZ-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 305 933 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 269 965 nəfər müalicə olunaraq sağalıb, 4 235 nəfər vəfat edib. 31 733 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 679, bu günə qədər isə ümumilikdə 3 141 335 test icra olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir