Azərbaycan XİN Türkiyədə məktəblərə silahlı hücumlarla bağlı başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə dünən və bu gün məktəblərə silahlı hücumlarla bağlı başsağlığı verib.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.

“Qardaş Türkiyədə bu gün və dünən orta məktəblərdə baş vermiş silahlı hücum hadisələri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, bu zorakılıqdan zərər çəkən hər kəslə, qardaş Türkiyə xalqı və hökuməti ilə həmrəy olduğumuzu bildiririk. Yaralananlara tezliklə şəfa diləyir, bu ağır günlərdə qardaş Türkiyə xalqına səbir və güc arzulayırıq”,-deyə paylaşımda bildirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir