Azərbaycan Ordusunun Gədəbəydəki mövqeləri atəşə tutulub

Sentyabrın 14-ü saat 13:45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Dərə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Daryurd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

“Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb”, məlumatda deyilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir