Azərbaycan gələn həftə quru sərhədlərini aça bilər – EKSKLÜZİV

Azərbaycan iyunun 15-dən quru sərhədlərini aça bilər.

Bu barədə AZİNFORMASİYA.AZ-a Dövlət Gömrük Komitəsindəki (DGK) mənbə məlumat verib.

Onun sözlərinə görə, artıq Komitə gömrük-keçid məntəqələrinin açılması ilə bağlı qonşu ölkələrin müvafiq qurumları ilə ilkin razılıq əldə edib. Bununla əlaqədar rəhbərlik Ərazi Baş Gömrük İdarələrinə tapşırıqlar verib və gələn həftə məntəqələrinin açılması üçün hazırlıqlara başlanılıb.

“Hazırda sərnişinlərin və yüklərin yoxlanma qaydaları müəyyən olunur. Avtobusla gömrük-buraxılış məntəqəsinə daxil olan sərnişinlərin nəqliyyat vasitəsindən düşüb yoxlanışdan keçməsi qadağan ediləcək. Onlar elə avtonəqliyyat vasitəsində də yoxlanacaq. Amma piyada, fərdi qaydada keçid edən sərnişinlər isə xüsusi nəzarət altında yoxlamadan keçərək məntəqəni tərk edəcək. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözləyirik və əgər hər hansı dəyişiklik olmasa, sərhədlər iyunun 15-də açılacaq”, – deyə mənbə qeyd edib.

***

Xəbərə münasibət bildirən DGK-nın mətbuat xidmətinin rəhbəri Natiq Axundov bildirib ki, gömrük orqanlarının sərhədlərin açılması ilə bağlı qərar vermək kimi bir səlahiyyəti yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir