Azərbaycanla Slovakiya arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Slovakiya arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb.

 

Azinformasiya.az  MN-ə istinadən xəbər verir ki, Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyanın Bratislava şəhərində keçirilən “IDEB 2024” beynəlxalq sərgisində iştirak edir.

Sərgidə Aqil Qurbanov Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri cənab Robert Kalinak ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Slovakiya arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığa, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir