Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Növbədənkənar prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub.

 

Azinformasiya.az xəbər verir ki, saat 17:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 10 saylı Binəqədi Üçüncü Seçki Dairəsidir.

Bu seçki dairəsində seçici fəallığı 77,97 % olub.

Saat 17:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 25 saylı Nizami İkinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 44.74 % olub.

Qeyd edək ki, saat 17.00-a qədər respublika üzrə 4590075 nəfər səs verib, seçici fəallığı 70,85 faiz olub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir