Avropa İttifaqı Rusiyaya qarşı beşinci sanskiya paketini təsdiqləyib

Avropa İttifaqı (Aİ) aprelin 8-də Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyaya qarşı beşinci sanksiya paketini qəbul edib.

Azinformasiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı açıqlama yayıb.

Məlumata görə, sanksiya Aİ-nin rəsmi jurnalında dərc olunduqdan sonra qüvvəyə minəcək.

Bildirilib ki, paketdə Rusiyanın daş kömür ixracına, Rusiya bayrağı altında üzən gəmilərin Avropa İttifaqı limanlarına daxil olmasına, Rusiya və Belarus avtonəqliyyat şirkətlərinə, 4 aparıcı bankın tranzaksiya əməliyyatına qadağa qoyulur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir