Üzeyir Hacıbəyovun əsərləri ABŞ-da səsləndirilib

Vaşinqton Beynəlxalq Piano İncəsənəti Şurası (“Washington International Piano Arts Council” – WİPAC) və Sönməz Məşəl Mədəni…

Ceyhun Bayramov Aİ nümayəndəsi ilə cəbhədəki vəziyyəti müzakirə edib

Xarici İşlər naziri Ceyhun Bayramov Avropa Ittifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.…

Bu gündən Bakı, Sumqayıt və Abşeronda ictimai nəqliyyatın işi dayandırılır

Həftəsonu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. “Azinformasiya.Az” Trend-ə istinadən bildirir ki, sərtləşdirilmiş…

“Bakı Nəqliyyat Agentliyi” parklanmaya düzgün nəzarət etmir – “Bir saata iki manat alırlar”

Gün ərzində avtomobilləri park edən zaman həmin yerlərdə əraziyə nəzarət edən, sürücülərdən parklama üçün ödəniş tələb…

“Philip Morris” şirkəti: Dünya 15 il sonra siqaretlərdən imtina edəcək

Siqaret çəkmə dövrü tezliklə başa çatacaq. Dövlətlərin düzgün stimullaşdırılması və vətəndaş cəmiyyəti tərəfindən dəstək olduğu təqdirdə dünya…

DSX əməkdaşları sərhəd pozucularına atəş açıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin qanunsuz döv­riy­­­yəsinə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir. Bu…

Naxçıvanda “Arıçılıq məhsulları – bal festivalı” keçirilir

Bu gün  “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində beşinci “Arıçılıq məhsulları – bal festivalı” keçirilir. “Azinformasiya.Az”ın məlumatına görə,…

XİN: Ermənistan rəhbərliyi yalançı, saxtakar, riyakar və təxribatçıdır

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışında işğalçı ölkə Ermənistan…

Yağsız məhsulların insan orqanizmi üçün fəsadları ortaya çıxdı

“Yağsız məhsulların faydası əfsanədir. Onlar hətta insana ziyan gətirə bilər”. “Azinformasiya.Az” xəbər verir ki, bu barədə “Sputnik”…

Yağsız məhsulların insan orqanizmi üçün fəsadları ortaya çıxdı

“Yağsız məhsulların faydası əfsanədir. Onlar hətta insana ziyan gətirə bilər”.

“Azinformasiya.Az” xəbər verir ki, bu barədə “Sputnik” radiosuna müsahibəsində dietoloq Arina Skoromnaya bildirib.

“Bəzi insanlar arıqlamaq istədikdə yalnız üzərinə “pəhriz” və ya “arıqlamaq üçün”, ən son halda “yağsızlaşdırılmış” – sözləri yazılan məhsullarla qidalanmağa başlayırlar.

Amma bu variant heç bir xeyir gətirməyə bilər. Bundan başqa, yağsızlaşdırılmış məhsullarla qidalanmaq zərər verə də bilər”, – dietoloq deyib.

“Yağsızlaşdırılmış məhsullar ona görə zərərlidir ki, piylər insana lazımdır və əgər biz hamımızın orqanizmi yağsızlaşdırılmış olsa, sağlıq durumumuzu daha pis edərik.

Kalsium piysiz mənimsənilmir, buna görə yağsızlaşdırılmış süd məhsullarının praktiki cəhətdən xeyri yoxdur. Artıq belə məhsulların maddələr mübadiləsinə mənfi təsir etməsinə dair bir neçə tədqiqar var”, – Arina Skoromnaya qeyd edib.

O, vurğulayıb ki, “gücü” süni şəkildə daha da artırılan daha bir “sağlam” məhsul yeni sıxılmış meyvə şirələridir.

“Meyvə şirələri xüsusən səhərlər faydalı deyil. Səhərlər yeni sıxılmış meyvə şirəsi içmək ənənəsi heç bir xeyir gətirmir: belə olan halda qana şəkərin miqdarı çox güclü şəkildə artır”, – o bildirib.

Arina Skoromnayanın sözlərinə görə, insanların hazır pəhriz məhsullarını seçərək, tərkibini oxuması və istehsalçının etibarına diqqət yetirməsi lazımdır.