Almaniyada qocalar evində yanğın baş verib, ölənlər var

Almaniyanın qərbindəki Şimali Reyn-Vestfaliya əyalətinin Bedburq-Hau şəhərindəki qocalar evində baş verən yanğında 4 nəfər ölüb.

 

Azinformasiya.az dpa-ya istinadən xəbər verir ki, polis bildirib ki, yanğın gecə saatlarında qeydə alınıb.

Bildirilib ki, yanğınsöndürən və bir polis əməkdaşı ağır, daha 15 nəfər isə yüngül xəsarətlər alıb.

Məlumata əsasən, qocalar evinin 46 sakini təxliyə edilib. Yanğının səbəbi hələ bilinmir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir