Aİ liderləri: Ukrayna ilə bağlı verilən qərar həm Putin, həm də ABŞ üçün siqnaldır

Avropa İttifaqının Ukraynaya yardımı təsdiqləməsi qərarı həm Putin, həm də ABŞ üçün siqnaldır.

 

Azinformasiya.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen birgə keçirdikləri mətbuat konfransında deyiblər.

Avropa Komissiyasının sədri Ursula von der Leyen bildirib ki, Avropa İttifaqının Ukraynaya 50 milyard avro yardımla bağlı razılaşması Rusiya Prezidenti Vladimir Putinə güclü mesajdır.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel isə Ukraynaya verilən dəstəyin ABŞ vergi ödəyicilərinə də bir mesaj olduğunu bildirib:

“Ukrayna həm də bizim inandığımız dəyərlər uğrunda, BMT Nizamnaməsindəki prinsipləri qorumaq üçün mübarizə aparır. Biz Ukraynaya hərbi, maliyyə yardımı ilə yanaşı, siyasi dəstək də veririk. Bütün bunlar göstərir ki, biz Kremlin, Moskvanın davranışından çəkinmirik. Mən ABŞ-nin adından danışa bilmərəm, lakin əminəm ki, bugünkü qərar həm də ABŞ-də Ukraynaya dəstək verməkdə qərarlı olanlara yardım edəcək”.

Şarl Mişel vurğulayıb ki, bu qərar gələcəkdə Ukraynaya sabit dəstəyi təmin edəcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir