Ağstafada yol qəzası baş verib, xəsarət alanlar var

Ağstafada 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. İki minik maşınının toqquşması nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir