Ağstafada yol-nəqliyyat hadisəsi olub.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Poylu kəndində baş verib.
Qəzada “Niva” ilə “Mercedes”markalı minik maşınları toqquşub.
Qəza zamanı 3 nəfər – 1977-ci il təvəllüdlü Zahid Hüseynov, 1965-ci il təvəllüdlü Fazil Əliyev və 2003-cü il təvəllüdlü Hidayət Cəfərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az