Ağstafada 48 yaşlı kişi bıçaqlanıb

Ağstafada bıçaqlanma hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Həsənsu kəndində baş verib.

Belə ki, kənd sakini 1978-ci il təvəllüdlü E. Kərimov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib.

Dərhal ona yardım edilib, hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.

Sözügedən şəxs tanışı 1983-cü il təvəllüdlü Ş. İsmayılov tərəfindən aralarında baş verən mübahisə zamanı bıçaqlanıb.

Polis əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü Ş. İsmayılov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir