Ağstafa sakini qonşusunu bizlə vurub

Ağstafa sakininə bizlə xəsarət yetirilib.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində baş verib.

Kənd sakini 1973-cü il təvəllüdlü Zülfiqar İsayev kürək nahiyəsinin deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata əsasən, Z.İsayevi qonşusu bizlə vurub.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir