Ağcabədidə minik və yük avtomobilinin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb

Ağcabədidə yol qəzası olub.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Poladlı kəndində baş verib.

Hərəkətdə olan “VAZ 2106” markalı avtomobillə “QAZel” markalı yük maşını toqquşub.

Qəza zamanı hər iki avtomobildə olan sərnişinlər, 1979-cu il təvəllüdlü Quliyeva Yasəmən Məmməd qızı, 1998-ci il təvəllüdlü Ələsgərova Rəqsanə Natiq qızı, 1982-ci il təvəllüdlü Nayibov Kənan Əvəz oğlu və Nəcəfov Rəvan Gülşad oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir