Ağ Ev: İsveç bu gündən rəsmən NATO-nun üzvüdür

İsveç bu gündən rəsmən NATO-nun üzvüdür.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, İsveç 7 mart 2024-cü il tarixindən etibarən rəsmi olaraq NATO-ya üzv olan 32-ci dövlətdir.

Gələn həftənin bazar ertəsi günündən etibarən İsveçin dövlət bayrağı NATO-nun Brüssel şəhərində yerləşən qərargah-mənzilinin qarşısında qaldırılacaq.

Qeyd edək ki, dünən İsveçin Baş naziri Ulf Kristersson və xarici işlər naziri Tobias Billström Vaşinqtona səfər ediblər. Onlar ölkənin Şimali Atlantika Alyansına üzvlük prosesini tamamlamaq üçün zəruri sənədləri imzalayıblar.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir