Ağ Ev: Atəşkəs üzrə öhdəliklərimizə əməl edirik, hücumlara cavab vermişik

ABŞ İranla əldə olunan atəşkəs razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl edir.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolayn Livit “FoxNews”a müsahibəsində bildirib.

İran və ABŞ arasında son qarşıdurmaya toxunan Livittin sözlərinə əsasən, kommersiya gəmilərinə hücumlar baş verib və ABŞ buna cavab verib.

“Biz atəşkəslə bağlı üzərimizə düşən öhdəlikləri yerinə yetiririk. Kommersiya gəmilərinə hücumlar oldu və biz cavab verdik. Zorakılığa zorakılıqla cavab veriləcək”, – Ağ Evin sözçüsü vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir