Afaq Gəncəli ATV-dən “Xəzər”ə keçdi

ATV telekanalı ilə yollarını ayıran aparıcı Afaq Gəncəlinin çalışacağı yeni iş yeri məlum olub.

Azinformasiya.Az-ın əldə etdiyi məlumata görə, uzun illərdir “ATV Maqazin onlarla” verilişinin aparıcısı olan Afaq yeni mövsümdə “Xəzər” TV-də çalışacaq.

O, maqazin və fərqli bir layihə ilə tamaşaçı qarşısına çıxacaq.

Məlumatı “Qafqazinfo”ya Afaq Gəncəlinin köməkçisi Cavid Mədətov təsdiqləyib.

Qeyd edək ki, A.Gəncəlinin ATV-dən ayrılma xəbərini bu gün axşam.az saytı yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir