Abşeronda yanğın baş verib

Abşeron rayonunun Məmmədli kəndində yanğın olub.

 

Azinformasiya.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 90 m² kürsülü, ikimərtəbəli (hər mərtəbəsi 45 m²) olan 6 otaqlı evin 2-ci mərtəbəsinin bir otağında qaz sobasının ətrafı və ev əşyaları 4 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir