ABŞ kənd təsərrüfatının dəstəklənməsi üçün Ukraynaya 250 milyon dollar ayırıb

ABŞ kənd təsərrüfatı sektorunu dəstəkləmək üçün Ukraynaya daha 250 milyon dollar ayırmağa qərar verib.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) məlumat yayıb.

“Əlavə 250 milyon dollarla USAID Ukraynada suvarma sistemləri, taxıl elevatorları, yük daşıma məntəqələri, liman və sərhəd infrastrukturu kimi mühüm kənd təsərrüfatı infrastrukturunu genişləndirməyə davam edəcək”, – sənəddə əks olunub.

Qeyd olunub ki, bu vəsait, eyni zamanda kiçik və orta biznesin dəstəklənməsinə istiqamətləndiriləcək.

 

Azinformasiya.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir