ABŞ-ın İranın Qeşm adasına zərbələri nəticəsində bir ailənin 3 üzvü ölüb

ABŞ-ın İranın Qeşm adasına endirdiyi hava zərbəsi nəticəsində bir ailənin 3 üzvü ölüb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Hörmüzqan vilayətinin siyasi, təhlükəsizlik və sosial məsələlər üzrə qubernator müavini Əhməd Nəfisi məlumat verib.

Onun sözlərinə əsasən, Qeşm şəhərinin Çah-Təngu məhəlləsində yerləşən yaşayış evinin dağıntıları altından eyni ailənin üç üzvünün – ata, ana və bir uşağın meyiti çıxarılıb.

Bildirilib ki, ailənin daha iki övladı hadisənin ilk dəqiqələrində yaralı halda xilas edilərək müalicə üçün tibb müəssisəsinə yerləşdirilib.

Əhməd Nəfisi qeyd edib ki, axtarış-xilasetmə və dağıntıların təmizlənməsi işləri başa çatdırılıb, dağıntılar altında qalan bütün şəxslər aşkar edilərək çıxarılıb.

Qeyd edək ki, ABŞ ordusu cümə axşamı Bakı vaxtı ilə saat 04:00 radələrində Qeşm adası yaxınlığındakı əraziyə hava zərbələri endirib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir