ABŞ dövlət katibi Entoni Blinken HAMAS lideri Yəhya Sinvarın ölümündən sonra Qəzza və Livanda münaqişələrə son qoymaq üçün diplomatik səylər çərçivəsində İsrailə səfər edəcək.
Azinformasiya.az “The New York Times“ a istinadən xəbər verir ki, dövlət katibi Entoni Blinken, keçən il Qəzza müharibəsi başlayandan bəri və İsrailin Livanda Hizbullaha qarşı hücumlarını artırdığı bir vaxtda bölgəyə 11-ci səfərini edərək yenidən bu gün Yaxın Şərqə yollanır.
Qeyd edək ki, Blinkenin sabah İsrail Dövlətinin Prezidenti İsxak Hersoq və Baş nazir Benyamin Netanyahu ilə Yerusəlimdə görüşəcəyi gözlənilir.
Azinformasiya.az