Prezident İlham Əliyev Samir Şərifov barədə sərəncam imzalayıb.
Azinformasiya.Az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında maliyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Samir Rauf oğlu Şərifov “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, sabah maliyyə naziri Samir Şərifovun 60 yaşı tamam olacaq.