Qarabağdakı döyüşlər zamanı ölən daha 1 erməni hərbçinin cəsədinin qalıqları tapılıb.
Azinformasiya.Az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, meyit Hadrutda aşkar olunub.
Bildirilir ki, ölən hərbçinin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.
Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1655-ə çatıb.