44 günlük Vətən müharibəsinin peyk görüntüləri Ermənistan müxalifətinin əlində ola bilər.
Azinformasiya.Az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Nəşr öz mənbələrinə istinadən bildirir ki, kosmosda süni peykə sahib olan ölkələrdən birinin nümayəndələri Ermənistan müxalifətinin bəzi dairələri ilə əlaqə yaradıb. Sözügedən bu nümayəndələr əllərində olan və Ermənistana da aid olan videogörüntüləri erməni müxalifətinə təklif ediblər.
“Bu videolar arasında 44 günlük müharibənin də görüntüləri var. Bu videolara baxdıqda isə Azərbaycanın 44 gün ərzində hansı taktika həyata keçirdiyi və Ermənistanın necə uduzduğu barədə dəqiq təsəvvür əldə etmək mümkündür. Lakin erməni müxalifətinin onlara nə cavab verdiyini aydınlaşdırmaq mümkün olmadı”, – deyə məlumatda qeyd olunub.