Xankəndidə erməni deputatları daşa basdılar

Ermənistanda hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputatların Xankəndiyə səfəri insidentlə yadda qalıb.

Azinformasiya.Az xəbər verir ki, bu barədə “Qraparak” nəşri yazır. Bildirilir ki, müharibədə ölən əsgərlərin valideynləri deputatların qaldıqları oteli daşa basıblar. Onlar millət vəkillərini uşaqlarının ölümündə ittiham ediblər və Xankəndiyə gəlmək haqlarının olmadığını bildiriblər.

Bundan başqa, ölən hərbçilərin valideynləri deputatların qrafikini öyrənərək onların qəbiristanlığa getmələrinə mane olublar. Bu səbəbdən millət vəkilləri əvvəlcə qəbiristanlığa səfərlərini təxirə salıblar, daha sonra isə qrafiki dəyişərək mühafizəçilərin müşayiəti ilə ziyarətlərini gerçəkləşdiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir