Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.
Azinformasiya.Az xəbər verir ki, bu barədə XİN öz rəsmi tvitter hesabında paylaşım edib.
“İranın Kürdüstan bölgəsində baş vermiş avtomobil qəzası ilə bağlı xəbərlər bizi dərindən kədərləndirdi. Qəzada həlak olanların ailələrinə başsağlığı verir, yaralılara şəfa diləyirik”, – deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, bu gün İranın Kürdüstan bölgəsində sərnişin avtobusu dağlıq ərazidə yamacdan aşıb. Qəza nəticəsində 16 nəfər həlak olub, 12 nəfər isə yaralanıb.