Azərbaycanın azad olunmuş torpaqlarda həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma işləri erməni mediasının da diqqətini cəlb edib.
Azinformasiya.Az xəbər verir ki, Ermənistanın ən məşhur nəşrlərindən olan “Hraparak” qəzeti ölkəmizin Şuşa şəhərində apardığı abadlıq işlərindən yazıb.
“Yollar və tunellərdən başqa, həmçinin yüksəkvoltluq elektrik satansiyası da inşa edilib. Şuşa şəhərinə aparan yolda hələ sovet dövründə inşa edilən və Şuşanı elektrik enerjisi ilə təmin edən yarımstansiyaların cəmi bir neçə metrliyində bir neçə ay ərzində şəhəri enerji ilə təmin edən və işıqlandıran yeni yarımstansiya inşa edilib”, – deyə qəzet yazır.
Nəşr, həmçinin Şuşa şəhərinin möhtəşəm şəkildə işıqlandırıldığını da vurğulayıb:
“Azərbaycanın işıqları ilə möhtəşəm şəkildə işıqlandırılan Şuşa şəhəri, hətta Xankəndidən belə görünür. Yolda isə Rusiya və Azərbaycanın sərhədçiləri dayanır. Ruslar isə azərbaycanlı hərbçilərin baxışları altında Xankəndinə gələn ziyarətçilərin pasportlarını yoxlayır”.