Daxili İşlər Nazirliyi dünən axşam saatlarında poliklinikaların birinin şüşə qapısını sındıraraq 3 həkimə xəsarət yetirən şəxslə bağlı araşdırmaya başlayıb.
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin şəxsin Birinci Qarabağ müharibəsində döyüşməsi ilə bağlı dedikləri yalandır: “Həmin şəxs Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Ceyhun Ağayevdir. 1994-cü ildə atəşkəs imzalananda onun 16 yaşı olub. Bu o deməkdir ki, həmin şəxs heç bir müharibənin qazisi deyil, yalan danışır.
Onun törətdiyi əməllə bağlı araşdırma aparılır. Nəticədən asılı olaraq onun əməlinə hüquqi qiymət veriləcək”.