Rusiyanın Su-24 təyyarəsi qəzaya uğradı – Yenilənib

Rusiyanın Perm vilayəti yaxınlığında Su-24 təyyarəsi qəzaya uğrayıb.

Azinformasiya.Az xəbər verir ki, bu barədə Mərkəzi Hərbi Dairənin mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd edilir ki, planlaşdırılmış təmir işləri üçün təmiri müəssisəsinə uçarkən Su-24 Perm şəhərinin 95 kilometr qərbində qəzaya uğrayıb. Pilotlar katapult edib və onlar sağdır. Hazırda pilotların təxliyyəsi üçün axtaış-xilasetmə xidmətinin vertolyotu əraziyə yollanıb. Uçuş döyüş sursatı olmadan həyata keçirilib və təyyarə meşəlik əraziyə düşüb.

***

Mərkəzi Hərbi Dairənin məlumatına görə, katapult edən pilotlar sağ-salamat tapılıb və onlar yaxınlıqdakı tibb müəsissəsinə yerləşdiriliblər. Pilotların həyatı üçün təhlükə yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir