“Taliban” hərəkatı ilə danışıqlar aparmaq məsələsində kimdənsə icazə almaq kimi bir məcburiyyətimiz yoxdur”.
Azinformasiya.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinaya səfərindən öncə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Bizim kiminlə harada, nə vaxt, necə görüşəcəyimiz barədə kimsədən icazə almaq kimi bir məcburiyyətimiz yoxdur. Bildiyiniz kimi, səfirliyimizi Kabil Hava Limanındakı hərbi hissəyə köçürmüşük. Burada “Taliban”la səfirliyimizdə 3,5 saat davam edən ilk görüş keçirilib və bundan sonra da tələb olunarsa, burada bu növ görüşlər keçiriləcək”, – deyə Ərdoğan vurğulayıb.
O, həmçinin qeyd edib ki, “Taliban”ın Kabil Hava Limanının idarə olunması ilə bağlı təklifləri var. Lakin Türkiyə bu məsələ barədə hələ qərar verməyib.