Həmin əsgər psixiatriya bölməsini özbaşına tərk edib – Rəsmi

Müdafiə Nazirliyi Azərbaycan əsgərinin ölkəmizin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazisinə keçməsi haqda məlumat yayıb. 

Müdafiə Nazirliyindən Azinformasiya.Az-a bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

Qeyd edilib ki, əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib.

Qeyd edək ki, ötən gün yayılan məlumatda adıçəkilən əsgərin ermənilər tərəfindən tutulması haqda məlumat yayılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir