Bakıda mənzildə meyit aşkarlandı

Bakıda mənzildə meyit aşkarlanıb.

Bu barədə Azinformasiya.Az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Yeramin Aleksandr Vladimiroviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir