AzTV-nin rejissoru və əri eyni gündə koronavirusdan öldü – Yenilənib

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin rejissoru vəfat edib.

Azinformasiya.Az xəbər verir ki, Məmmədova Arzu Mövlud qızı koronavirus xəstəliyindən həyatını itirib.

54 yaşlı rejissor AzTV-nin Ədəbi-dram və folklor verilişləri Baş redaksiyasında çalışıb.

Sözügedən redaksiyanın rəhbəri, tanınmış jurnalist Azər Qismət A.Məmmədovanın həyat yoldaşının da koronavirusdan komada olduğunu bildirib.

***

Azər Qismət bildirib ki, rejissorun həyat yoldaşı da bu gün koronavirusdan vəfat edib. Onların iki övladı yadigar qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir