Rusiyanın xarici işlər naziri Sergey Lavrov Macarıstana səfəri zamanı macar həmkarı ilə Qarabağ məsələsini də müzakirə edəcək.
Azinformasiya.Az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözcüsü Mariya Zaxarova bu gün keçirilən brifinq zamanı deyib.
M. Zaxarovanın sözlərinə görə, Sergey Lavrovun Macarıstana səfəri avqustun 24-ü baş tutacaq.