“Taxıl biçildikdən sonra fermerlərin həmin əraziləri yandırması halları olur. Bununla bağlı mütəmadi olaraq maariləndirmə işləri aparılır”.
AZİNFORMASİYA.AZ xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqroservis ASC-nin rəhbəri Elmin Rəhmanov “Ekspert saatı”nda deyib.
O qeyd edib ki, yandırılma torpağın münbit qatına mənfi təsir edir: “Azərbaycanda 300-dən artıq saman doğrayıcısı olan kombayn var. Bunları ona görə almışıq ki, fermerlər ərazini yandırmaqda maraqlı olmasınlar”.